Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi başlayandan bəri hərbi xidmətə yararlı 650 mindən çox ukraynalı ölkədən qaçıb. Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, onlardan müəyyən hissəsinin xaricə çıxışı qadağan olunsa da, saxta sənəd, yaxud qaçaqmalçıların köməyi ilə ölkədən çıxmağı bacarıblar.
Belə ki, rəsmi olaraq 18-60 yaş aralığında 221 min 571 ukraynalı kişi Almaniyada məskunlaşıb. Qeyri-rəsmi rəqəmlərə görə isə, bu say ən azı 100 min çoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.