ABŞ İranın Rusiyaya Ukrayna müharibəsi üçün yaxınmənzilli qabaqcıl ballistik raketlər verəcəyindən ehtiyatlanır. Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Belə ki, Kirbi bildirib ki, narahatlıq xüsusən sentyabr ayında Rusiya müdafiə naziri Sergey Şoyqunun Tehrana səfəri və orada “Əbabil” və “Fateh-110” ballistik raketlərinə baxış keçirməsindən sonra artıb.
Həmçinin Kirbi xatırladıb ki, İran bu günə qədər Rusiyaya müxtəlif təyinatlı hərbi vasitələr göndərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.