Güney Azərbaycanın Təbriz, Zəncan, Ərdəbil və Urmiya şəhərləri də daxil omaqla, İranın 25 şəhərində etiraz aksiyası keçirilib. Azadmedia.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıblar. Belə ki, aksiya keçirilən ərazilərdə hazırda işləyən və təqaüdə çıxan rabitə işçiləri Rabitə Nazirliyinin yerli idarələri qarşısında toplaşıblar.
Qeyd edək ki, onlar əmək haqqı və pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.