İsrail hakimiyyəti girovları azad etmək üçün Həmasla razılaşma çərçivəsində 30 fələstinli məhbusu azad edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Belə ki, müvəqqəti atəşkəs razılaşması çərçivəsində İsrail hakimiyyəti tərəfindən azad edilmiş 30 fələstinli məhbusun olduğu avtobus Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi qruplarının müşayiəti ilə Ofer həbsxanasından çıxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.