Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus epidemiya riskinin artdığı Qəzza üçün daimi atəşkəsə çağırdı.
Azadmedia.az xəbər verir ki, “X” sosial media platformasında İsrailin sıx hücumlarının böyük dağıntılara səbəb olduğu Qəzzada sağlıq vəziyyəti ilə bağlı paylaşım edən T.A.Qebreyesus yazıb: “Hazırda Qəzzada 1,3 milyon insan sığınacaqlarda yaşayır. Belə ki, həddindən artıq sıxlıq, eləcə də qida, su, kanalizasiya, gigiyena, tullantıların idarə edilməsi və dərman vasitələrinə çıxışın olmaması bir çox epidemiya xəstəliyinə səbəb olur.
Qeyd edək ki, Qəzzada 111 min ağır tənəffüs yolu infeksiyası, 12 min qotur, 36 min beş yaşa qədər uşaqlarda, 39 min 5 yaşdan yuxarı adamlarda ishal, 24 min dəri tökülməsi, 2 min 500 impetigo (dəri xəstəliyi) və 2500 su çiçəyi halı görünüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.