ABŞ Konqresinin Nümayəndələr Palatası İrana məxsus daha əvvəl üzərindən bloklanma götürülmüş 6 milyard dolların yenidən dondurulmasına səs verib.
Azadmedia.az bu barədə səsvermənin nəticələrinə istinadən xəbər verir.
Belə ki, bu tədbir yeni “İran terrorizminin maliyyələşdirilməsini qadağan edən qanun”un qəbulu çərçivəsində təsdiqlənib. Nümayəndələr Palatasının 307 üzvü tədbirin lehinə, 119-u isə əleyhinə səs verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.