ABŞ hökuməti Vaşinqtonun dondurduğu maliyyə aktivlərinin məsələsi ilə bağlı İrana bütün zəmanətləri verib. Azadmedia.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
Belə ki, “Amerika hökuməti İranla bağlanmış müqavilədən irəli gələn öhdəliklərə əməl etməlidir. Maliyyə resursları İran hökumətinin ixtiyarındadır və biz onlardan ehtiyaclarımıza uyğun istifadə edə bilərik”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.