Bratislava Kiyevə 671 milyon avro dəyərində hərbi yardım paketi ayırıb.
Azadmedia.az xəbər verir ki, yardım paketinə Slovakiya Hərbi Hava Qüvvələrində silahlanmadan çıxarılan MiQ-29 qırıcı təyyarələrindən ibarət eskadrilya və S-300 hava hücumundan müdafiə sistemi daxildir.
Belə ki, kommersiya müqaviləsi əsasında Ukrayna Silahlı Qüvvələrinə səkkiz ədəd “Zuzana-2” özüyeriyən haubitsa tədarük olunub. Eyni zamanda, 16 ədəd “Zuzana-2” haubitsasının Kiyevə tədarükü üzrə 93 milyon avro dəyərində müqavilə həyata keçirilir. Bunun üçün vəsait Danimarka, Norveç və Almaniya tərəfindən ödənilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.