AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

F-16-lar bu raketlərlə vurulacaq - Rusiya

  • + A
  • - A
  • 7-12-2023, 13:02

    F-16-lar bu raketlərlə vurulacaq -



    Rusiya F-16 qırıcılarını məhv etmək üçün xüsusi əməliyyatda uğurla tətbiq olunmuş yeni 40N6 S-400 hava hücumundan müdafiə sistemindən istifadə edəcək.
    Azadmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb.

    Belə ki, “Artıq S-400 sistemlərində dünyada öz sinfində ən qabaqcıl olan və unikal imkanlara malik özütəyinetmə başlığı ilə təchiz edilmiş 40N6 ultra uzaqmənzilli raketindən istifadə edilir. F-16-lar havaya qalxdıqdan dərhal sonra S-400-lər 40N6 raketləri ilə bu qırıcıları vura biləcək. Bu raketlərin digər qırıcı təyyarələrlə yanaşı F-16-ları da məhv etmək üçün əsas vasitələrdən birinə çevriləcəyi gözlənilir. Prinsipcə F-16-ların aşkarlanması və məhv edilməsi Rusiya hava hücumundan müdafiə sistemləri üçün heç bir çətinlik yaratmır”, - deyə mənbə bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR