AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı ilə Çin arasında ticarət dövriyyəsi artır - KİV

  • + A
  • - A
  • 7-12-2023, 22:57

    Avropa İttifaqı ilə Çin arasında ticarət dövriyyəsi artır -



    Brüssel Pekindən Avropa biznesinin Çin bazarına çıxışını sadələşdirəcəyini gözləyir, lakin ÇXR-in “ədalətsiz rəqabəti” səbəbindən Avropanın sənaye bazasının məhvinə dözməyəcək.

    Azadmedia.az xəbər verir ki, Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının rəhbərləri Şarl Mişel və Ursula fon der Lyayen bu barədə Aİ-Çin sammitindən sonra Pekində keçirilən mətbuat konfransında bildiriblər.

    Belə ki, “Avropa İttifaqı ilə Çin arasında ticarət dövriyyəsi gündə 2,3 milyard avro təşkil edir, lakin bizim ticarət kəsirimiz 10 il ərzində 10 dəfə artaraq 40 milyard avrodan 400 milyard avroya yüksəlib. Brüssel haqsız rəqabət səbəbindən Avropanın sənaye bazasının məhv edilməsinə dözməyəcək”, - deyə Ursula fon der Lyayen bildirib.

    Həmçinin “Brüssel Pekini Avropa biznesinin ÇXR bazarına çıxışını genişləndirməyə, həmçinin ticarətin balanslaşdırılması üçün tədbirlər görməyə çağırır”, - deyə Şarl Mişel əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR