AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP İdarə Heyətinin iclası öz işini başa çatdırıb

  • + A
  • - A
  • 15-12-2023, 13:46

    YAP İdarə Heyətinin iclası öz işini başa çatdırıb
    Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

    İclasda Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədini irəli sürüb. Hakim partiyanın növbədənkənar Prezident seçkilərində namizədi İlham Əliyev olub.
    Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

    Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar prezident seçkisində namizədinin səlahiyyətli nümayəndələrinin adları da açıqlanıb.
    Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

    Qərarla YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar prezident seçkisindəki namizədinin səlahiyyətli nümayəndələri təyin ediliblər.

    Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

    Bununla da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası öz işini başa çatdırıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR