Cənubi Afrika Respublikasının (CAR) şimalında, Rustenburq şəhəri yaxınlığında yerləşən platin mədənində 2 mindən çox şaxtaçı tətil edərək iki gündür ki, mədəndən çıxmır.
Azadmedia.az xəbər verir ki, bu barədə mədənin sahibi olan “Impala Platinum Holdings Limited” (Implats) kompaniyası məlumat yayıb.
Belə ki, tətil edən şaxtaçıların sayı 2 min 205 nəfərdir. Kompaniya tətil elan etmək üçün lazımi şərtlərin yerinə yetirilmədiyi üçün aksiyanı qanunsuz sayır. Hazırda mədəndə bütün işlər dayandırılıb. Tətildə iştirak etməyən şaxtaçılar təxliyə olunub. Mədən rəhbərliyi etirazçıların tələblərini yerinə yetirməkdən imtina edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.