AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə Rusiyanın 720 milyon avroluq aktivini müsadirə edəcək - KİV

  • + A
  • - A
  • 20-12-2023, 15:30

    Bu ölkə Rusiyanın 720 milyon avroluq aktivini müsadirə edəcək -


    Almaniya Baş Prokurorluğu Rusiya aktivlərinin 720 milyon avroluq hissəsini müsadirə edərək dövlət büdcəsinə yönəltmək istəyir.

    Azadmedia.az “Der Spiegel” nəşrinə istinadla xəbər verir ki, müvafiq sorğu Frankfurt-Mayn məhkəməsinə təqdim edilib. Baş Prokurorluq bunu Xarici Ticarət Qanununa uyğun cəzalandırılan “embarqonu pozmaq cəhdi” ilə əlaqələndirib.

    Belə ki, vəsaitin sahibinin adı çəkilməsə də, həmin aktivlərin Rusiyaya məxsus Milli Hesablaşma Depozitarisinə məxsus olduğu iddia edilir. Nəşrin yazdığına görə, təşkilat 2022-ci ilin iyununda Avropa İttifaqının sanksiyalarına məruz qalıb və onlar Frankfurt-Mayn banklarının birindən 720 milyon avro çıxarmağa çalışıblar. Bank müraciəti rədd etsə də, prokurorluq əməliyyatı Avropa İttifaqının sanksiyalarından yayınmaq cəhdi kimi nəzərdən keçirir.

    Həmçinin məhkəmənin qərarı ilə müsadirə olunacağı təqdirdə aktivlər nəyə xərclənəcəyi hələ müəyyən edilmədiyi üçün heç bir konkret xərc maddəsinə bağlanmadan büdcəyə daxil ediləcək.

    Qeyd edək ki, hazırda Rusiyanın Almaniyada dondurulan, lakin hələ müsadirə olunmayan təxminən 5,3 milyard avro vəsaiti mövcuddur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR