Anqola Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) çıxıb. Azadmedia.az xəbər verir ki, bu barədə Anqolanın mineral ehtiyatlar, neft və qaz naziri Diamantina de Azevedu məlumat verib.
Belə ki, o bildirib ki, qərar ölkə prezidenti Juana Lourensunun sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında qəbul edilib.
Qeyd edək ki, Anqola uzun müddətdir ki, OPEK sazişinin diktə etdiyi hasilat öhdəliklərini yerinə yetirmirdi. Təşkilatın müəyyən etdiyi 1,455 milyon barel hasilat səviyyəsinə baxmayaraq, Anqola sutkada yalnız 1,1-1,2 milyon barel və ya daha az neft çıxarırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.