NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynada ciddi müdafiə xətləri yaratdığını bildirib.
Azadmedia.az xəbər verir ki, o, bu barədə Almaniyanın DPA agentliyinə müsahibəsində danışıb.
Belə ki, Y.Stoltenberq söyləyib ki, müdafiə xətləri kifayət qədər möhkəmdir: “Rusiya ordusunun həqiqətən möhkəmlənməyə, nəhəng mina sahələri, səngərlər yaratmağa vaxtı olub”.
Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq daha əvvəl Rusiyanın məqsədlərinə çata bilməyəcəyini iddia edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.