Azərbaycan Dövlət Neft Şirkəti SOCAR Xəzər şelfindəki Azəri-Çıraq-Günəşli (AÇG) və Qarabağ yataqlarının, həmçinin Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin işlənməsi layihələrində Norveçin Equinor şirkətinin paylarını alıb. . Bu barədə şirkət məlumat yayıb.
“Dekabrın 22-də SOCAR-ın prezidenti Rövşən Nəcəf “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matye ilə görüşüb. İclasda “Azəri-Çıraq-Günəşli”, “Qarabağ” yataqlarındakı, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsində “Equinor”a məxsus səhmlərin SOCAR-ın alınmasına dair sənədlər imzalanıb”, - məlumatda deyilir.
Şirkətin məlumatına görə, alqı-satqı əməliyyatından əvvəl Equinor-un AÇG-də payı 7,27%, BTC boru kəməri layihəsində 8,71%, Qarabağ yatağında isə 50% olub. SOCAR müvafiq olaraq 25%, 25% və 50% paya sahib idi.
“Səhmlərin alınması üzrə əməliyyat bütün normativ tələblərə və müqavilə öhdəliklərinə əməl olunmaqla tamamlanacaq”, - SOCAR-ın açıqlamasında bildirilir.
Görüş zamanı şirkət nümayəndələri karbonsizləşdirmə və yaşıl enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu da imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.