Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Hikmət Hacıyev bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi səmimi qəlbdən doğum günü münasibətilə təbrik edirik!”, - H.Hacıyev sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 62 yaşı tamam olur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.