AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaqların peyvənd olunmayacağı təqdirdə qlobal qızılca təhlükəsi qalmaqda davam edəcək - ÜST

  • + A
  • - A
  • 26-12-2023, 17:20


    Uşaqların peyvənd olunmayacağı təqdirdə qlobal qızılca təhlükəsi qalmaqda davam edəcək -


    Uşaqların peyvənd olunmayacağı təqdirdə qlobal qızılca təhlükəsi qalmaqda davam edəcək.
    Azadmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib.

    Belə ki, məlumata görə, COVİD-19 pandemiyası ilə əlaqədar dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb.

    Qeyd olunub ki, bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18 %, ölüm halları isə 43 % artıb:

    "ÜST və ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesablamasına görə, bu vəziyyət çoxluq uşaqlar təşkil etməklə təxmin edilən qızılcaya yoluxma hallarının 9 milyona, ölüm hallarının isə 136 000-ə çatması deməkdir. Qızılcaya yoluxma halları peyvəndlənmənin əhatə dairəsinin zəif olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır. Qızılcaya yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasında peyvəndin rolu əvəzsizdir. Təkcə 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın bu xəstəlikdən həyatını itirməsinin qarşısını alıb".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR