Fransa nəsə etməyə çalışır. Siz görürsünüz ki, Fransada nələr baş verir: gərək öz evlərində bunları həll etsinlər, sonra Qafqaza girsinlər.
Bu sözləri Belarus lideri Aleksandr Lukaşenko Sankt-Peterburqda mediaya açıqlamasında deyib.
“Onlar bunu özləri başa düşə bilmirlər. Ermənilər bunu görür. İctimaiyyət qarşısında baş verənlər bir şeydir, ictimaiyyətdən kənar olanlar tamam başqadır - əsas proseslər orada olur. Həmin proseslərə görə Ermənistan mütləq bizimlə olacaq. Çünki bu, onların inkişafının ən vacib istiqamətidir”, - Lukaşenko vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.