AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaraq-Kazmalyar keçid məntəqəsinin açılış tarixi açıqlanıb

  • + A
  • - A
  • 27-12-2023, 22:28

    Yaraq-Kazmalyar keçid məntəqəsinin açılış tarixi açıqlanıb


    Dağıstan hakimiyyəti genişmiqyaslı yenidənqurmadan sonra Yaraq-Kazmalyar gömrük postunun nə vaxt açılacağını açıqlayıb. Azadmedia.az xatırladır ki, post Rusiya ilə Azərbaycan sərhədində yerləşir.
    Dağıstan rəhbərinin administrasiyası bildirib ki, Maqaramkent rayonunda yerləşən Yaraq-Kazmalyar keçid məntəqəsi tamamilə yenidən qurulub və dekabrın 29-da istifadəyə veriləcək.

    Mərasim zamanı telekörpü də keçiriləcək. Açılışda Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev, eləcə də respublika rəhbəri Sergey Melikov iştirak edəcək. Bundan əlavə, keçid məntəqəsi federal sərhəd və gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə açılacaq.
    Administrasiya əlavə edib ki, yenidənqurma işlərinin nəticəsi keçid məntəqəsinin keçid qabiliyyətinin artırılması olub. Sərhədi keçmək təkcə turistlər üçün deyil, həm də sahibkarlar üçün daha rahat olacaq. Bundan əlavə, yenilənmiş keçid məntəqəsi Rusiya-Azərbaycan ticarət-iqtisadi və mədəni əlaqələrinin inkişafına kömək edəcək.

    Xatırladaq ki, təxminən bir ay əvvəl Gürcüstanla sərhəddə yerləşən “Verxniy Lars” keçid məntəqəsinin modernləşdirilməsi başa çatıb. Bunun nəticəsidir ki, hazırda keçid məntəqəsində 39 hərəkət zolağı var ki, bunun da yarıdan çoxu yük avtomobilləri üçündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR