Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından hava şəraiti dəyişib. Şimal-qərbdən hərəkət edən soyuq hava kütlənin ölkə ərazisinə daxil olması nəticəsində güclü şimal-qərb küləyi əsir.
Dəyişən hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosu xəbərdarlıq edib.
Bildirilib ki, dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir:
“Dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasillərlə yağıntılı olacağı ehtimalı var”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.