ABŞ administrasiyası Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb. Bu, 2023-cü ildə sonuncu yardım paketidir. Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir: “Birləşmiş Ştatlar bu il Ukrayna üçün son silah və texnika paketini elan edir. Paketə hava hücumundan müdafiə sistemləri üçün sursat və avadanlıqlar, MLRS üçün döyüş sursatları, 155 millimetr və 105 millimetr kalibrli artilleriya mərmiləri, tank əleyhinə silahlar daxildir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.