Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, tərəflər arasında üçtərəfli bəyanat var və bu bəyanat liderlər səviyyəsində imzalanıb.
"Bu sənəd əsas götürüləcək”, - nazir deyib.
Qeyd edək ki, 10 noyabr sənədinə əsasən Azərbaycan ərazisinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
Antiterror tədbirlərindən sonra Qarabağda sülhməramlılara məxsus bir çox müşahidə məntəqəsi fəaliyyətini dayandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.