İran İsrailin Mossad kəşfiyyat xidməti ilə əlaqəsi olmaqda ittiham etdiyi 4 nəfəri edam edib.
Bu barədə İranın "Mizan" agentliyi yazıb.
Qeyd olunub ki, İsrail strukturları ilə əməkdaşlıq işi ilə bağlı ümumilikdə 10 nəfər həbs edilib.
Agentliyin dərc etdiyi Qərbi Azərbaycan ostan məhkəməsinin qərarında iddia edilir ki, Vəfa Henare, Aram Öməri, Rəhman Pərhazo və Nəsim Namazi pul müqabilində İran hüquq-mühafizə orqanları əməkdaşlarının evlərini və maşınlarını yandırıblar.
İddia olunur ki, bu yolla onlar “ölkənin təhlükəsizliyini pozmaq niyyətində olublar”.("Kommersant")
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.