Rusiya-Ukrayna münaqişəsi Ukraynanın hüdudlarından kənara çıxır və NATO üçün təhlükə yaranır.
Azadmedia.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
Belə ki, “Bu, NATO-ya, Avropanın təhlükəsizliyinə və gələcək transatlantik münasibətlərə təsir edir. Rusiya bəzi NATO müttəfiqlərini təhdid edir”, - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, dövlət rəhbərinin bu açıqlamasını şərh edən Rusiya mediası isə iddia edir ki, Bayden bu açıqlama ilə Konqresdən Ukrayna üçün əlavə maliyyə yardımı almağı hədəfləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.