Bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir. Azadmedia.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, “Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, - deyə İ.Mask paylaşımında bildirib.
Qeyd edək ki, Mask bundan öncə demoqrafik problemlər üzündən bütöv xalqların yox ola biləcəyini demişdi. Maskın qeyd etdiyinə görə, İtaliya, Fransa və Yaponiya mədəniyyətləri də təhlükə altındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.