Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat xidməti bu gün Laçında qəza nəticəsində həyatlarını itirən hərbçilərimizin status məsələsinə aydınlıq gətirib. Qurumdan Azadmedia.az-a daxil olan məlumata görə bu gün Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında veriləcək.
Allah şəhidlərimizə rəhmət eləsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.