AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Markın hazırda sərvəti 125 milyard dollar olaraq qiymətləndirilir - KİV

  • + A
  • - A
  • 5-01-2024, 10:07

    Markın hazırda sərvəti 125 milyard dollar olaraq qiymətləndirilir -


    Mark “Meta”nın 1,28 milyon səhmini 428 milyona satdı
    12 Punto 14 Punto 16 Punto 18 Punto
    “Meta”nın təsisçisi və baş direktoru Mark Zukerberq 2023-cü ilin son iki ayında şirkətinin təxminən 1,28 milyon səhmini sataraq, ümumilikdə 428 milyon dollar qazanıb. Azadmedia.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
    Belə ki, 2023-cü ilin noyabr-dekabr aylarında həyata keçirilən əməliyyatların hər biri Zukerberqə 10,4 milyon dollar qazandırıb, maksimal həcm isə dekabrın 28-də qiymətli kağızların satışı olub. Həmin gün Zukerberq 47 664 səhmə görə təxminən 17,15 milyon dollar əldə edib.

    Həmçinin iki ildir “Meta” səhmlərini satmayan Zukerberq səhmlərinin bir hissəsini satmaq qərarını son bir ildə qiymətin xeyli yüksəlməsi və hazırda 2021-ci ildə əldə edilən maksimum səviyyəyə yaxınlaşması ilə izah edir.

    Qeyd edək ki, Markın hazırda sərvəti 125 milyard dollar olaraq qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR