AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aygün Bəylər vəfat etdi

  • + A
  • - A
  • 6-01-2024, 21:24

    Aygün Bəylər vəfat etdi

    Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Aygün Hümmətova (Bəylər) ölüb.

    Aygün Hümmətova (Bəylər), bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

    Xəbəri Axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib. 

    "Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər" deyə, aktyor əlavə edib. 

    Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.

    “Özün günahkarsan”, “Ana”, “Küsmə gəl” mahnılarının ifaçısı olan müğənni “Tut ağacı”  mahnı ilə məhşurlaşıb.

    Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzunsürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib.

    Allah rəhmət eləsin!
    Qeyd: Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölüm xəbərini təkzib edib, bildirib ki, süni nəfəs aparatıyla təyyarə ilə Bakıya gətirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR