AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu məsələ də Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb - KİV

  • + A
  • - A
  • 8-01-2024, 07:59

    Bu məsələ də Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb -


    Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sistemi tam yenidən qurulacaq.

    Azadmedia.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Qeyd olunub ki, hava limanının dəmir yolu əlaqələndirməsi təmin ediləcək, avtomobil nəqliyyatı üçün parklanma imkanları genişləndiriləcək, 2-ci terminalın ehtiyat imkanlarından istifadə edilərək sərnişinlərə tələbata uyğun xidmət göstəriləcək.

    Gələcək inkişaf – 2040-cı il Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sisteminin yenidən qurulması prosesinin davam etdirilməsi:

    • Hava Limanında dəmir yolu xidmətlərinin intensivləşdirilməsi;

    • avtomobil nəqliyyatı üçün parklanma imkanlarının daha da genişləndirilməsi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının terminal imkanlarından daha optimal birgə istifadə:

    • sərnişinlərə xidmətlərin daha optimal şəkildə göstərilməsi;

    • tələb olunan əməliyyatlar üzrə terminal imkanlarının təkmilləşdirilməsi (baqajın daşınması, qeydiyyat və s.).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR