İsveç hökuməti Ukraynaya 50 milyon kron (4,86 milyon dollar), Moldova və Gürcüstana isə hər birinə 5 milyon kron (0,49 milyon dollar) məbləğində hərbi yardım göstərəcək. Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, “Yardım müxtəlif NATO fondları vasitəsilə təmin edilir. Bu vəsait minalardan təmizləmə, böhranların idarə edilməsi, kibertəhlükəsizlik, təhsil və digər məsələlər üçün istifadə olunacaq”, - deyə məlumatda qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.