Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında yeraltı infrastrukturunun tikintisinə milyonlarla dollar xərcləyib.
Bu barədə “Yedioth Ahronoth” qəzeti İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb
Qəzzada aşkar edilmiş tunellər şəbəkəsinin və kəşfiyyat məlumatlarının təhlilinə əsaslanaraq İsrail ordusu bu qənaətə gəlib ki, on milyonlarla dollara başa gələn yüzlərlə kilometr yeraltı infrastrukturun qurulması üçün ümumilikdə 6 min tondan çox beton və 1,8 min ton metaldan istifadə edilib.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS-ın yeraltı infrastrukturunun ləğvini Qəzza zolağında hərbi əməliyyatların əsas məqsədlərindən biri adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.