AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qar nəvaxtadək yağacaq?

  • + A
  • - A
  • 14-01-2024, 11:00

    Qar nəvaxtadək yağacaq?

    Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağır. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 16-dək gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda bəzi magistral yolların buz bağlaması ehtimalı var.

    Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

    G.Məmmədovanın sözlərinə görə, yağıntıların yanvarın 15-i səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir. Belə ki, yanvarın 15-i gündüz Bakıda və Abşeron yarımadasında və bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR