Pakistanın cənub-qərbində partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 əsgər həlak olub.
Azadmedia.az xəbər verir ki, bu barədə ölkə ordusu məlumat yayıb.
Belə ki, əsgərlər Bəlucistanın Keç rayonunda keçirilən əməliyyat zamanı silahlı şəxslərin təhlükəsizlik qüvvələrinin maşınında əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində həlak olublar.
Həmçinin ordunun məlumatına görə, atışma zamanı üç terrorçu öldürülüb. Məlumatda bildirilir ki, ərazidə silahlıların aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilib.
Qeyd edək ki, hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.