AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"SpaceX" 23 yeni internet peyki buraxıb - KİV

  • + A
  • - A
  • 15-01-2024, 14:46

    "SpaceX" 23 yeni internet peyki buraxıb -



    Amerikalı milyarder İlon Maskın sahib olduğu "SpaceX" şirkəti "Starlink" sisteminin qlobal internet şəbəkəsini tamamlamaq üçün orbitə 23 internet peyki buraxıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə "SpaceX" məlumat verib.

    Belə ki, məlumata görə, mini peykləri orbitə "Falcon 9" raket daşıyıcısı çıxarıb.

    Həmçinin raket ABŞ-nin Florida ştatında ABŞ Kosmik Qüvvələrinin bazasında 40-cı start kompleksindən buraxılıb. Təqribən 1 saat sonra peyklər orbitə buraxılıb.

    Qeyd edək ki, "SpaceX" indyədək orbitə artıq 5,7 mindən çox bu cür peyk buraxıb. Onların bir hissəsi sıradan çıxıb və ya orbitdən kənarlaşıb. 5,3 mindən çox cihaz orbitdə işlək vəziyyətdədir.

    Qeyd edək ki, "SpaceX" şirkəti dünyanın ən böyük peyk operatorudur. "Starlink" internet şəbəkəsi dünyanın 70 ölkəsində, o cümlədən Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatlarına görə, bu peyklərin xidmətlərindən ABŞ hərbçiləri də istifadə edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR