Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Suriya və İraqın şimalında bu gün həyata keçirdiyi əməliyyat zamanı terrorçulara məxsus 23 hədəf məhv edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Belə ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK-nın İraqdakı təhlükəsizlik qüvvələrimizə hücumundan sonra Suriyadakı PKK hədəflərini də zərərsizləşdirib.
Nəticədə istifadə etdiyi 5 infrastruktur obyekti, 3 nəzarət-buraxılış məntəqəsi, 8 hərbi məntəqə, 2 sursat anbarı, 2 logistika anbarı, 2 texniki vasitə anbarı və tunel/yerləşdirmə işlərində istifadə edilən 1 avtomobil partladılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.