Türkiyə ordusu İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyatlar nəticəsində son 5 gündə PKK terror təşkilatının 114 hədəfini məhv edib.
Azadmedia.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib.
Belə ki, “Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə İraqın şimalında və Suriyada həyata keçirilən hava əməliyyatları nəticəsində son 5 gündə terror təşkilatının 114 hədəfi, o cümlədən 78 terrorçu məhv edilib”, - deyə nazir bildirib.
O, PKK-ya qarşı mübarizənin son terrorçu məhv edilənə qədər davam edəcəyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.