AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkənin bankları Rusiya bankları ilə işləməkdən imtina etdi - KİV

  • + A
  • - A
  • 17-01-2024, 15:16


    Bu ölkənin bankları Rusiya bankları ilə işləməkdən imtina etdi -


    Türk bankları Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti maliyyə bazarındakı mənbələrə istinadən məlumat yayıb.

    Belə ki, nəşr yazır ki, türk bankları Rusiyanın demək olar ki, bütün kredit təşkilatları ilə əlaqələrini kəsib, həmçinin müqavilələri rəsmi bağlamadan ödənişlərin işlənməsini dayandırıb:

    “Lakin Türkiyə bankları Rusiyadakı törəmə xarici banklar üçün istisna edib”.

    Həmçinin nəşr qeyd edib ki, vəziyyət ABŞ Prezidenti Baydenin dekabrın 22-də Ukraynadakı müharibədə Rusiyaya yardım edən xarici şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar haqqında fərman verməsindən sonra kəskin şəkildə pisləşib. Fərman Vaşinqtona Rusiyaya qarşı sanksiyaları pozduqlarına görə xarici bankları Amerika maliyyə sistemindən ayırmağa imkan verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR