Pakistan Milli Təhlükəsizlik Komitəsi İranla bağlı bu gün günortadan sonra xüsusi iclas keçirəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Pakistanın dövlət mediası məlumat yayıb.
Belə ki, iclas müvəqqəti Baş nazir Ənvar ül-Haq Kakarın sədrliyi və ordu, hava qüvvələri, donanma komandirləri və kəşfiyyat qurumları rəhbərlərinin iştirakı ilə baş tutacaq.
Həmçinin görüşdə iki ölkə arasında yaşanan gərginliklə bağlı qərarlar qəbul olunacaq.
Qeyd edək ki, yanvarın 18-də isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İran mediasının məlumatına görə, hücum nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.