AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ və Şərqi Zəngəzurda sosioloji sorğu keçiriləcək - ABŞ Təşkilatı

  • + A
  • - A
  • 22-01-2024, 11:38

    Qarabağ və Şərqi Zəngəzurda sosioloji sorğu keçiriləcək -


    Azad edilmiş ərazilərdə seçkiqabağı sosioloji sorğu keçiriləcək.
    Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum bu gün keçirilən mətbuat konfransında deyib.

    Bülə ki, "Biz seçkiqabağı 3 000 seçicinin iştirakı ilə sorğu keçirəcəyik. Qarabağ və Şərqi Zəngəzura səfər edərək burada da sosioloji sorğu keçiriləcək. Sorğularda iqtisadi, sosial, siyasi və digər bir sıra sahələr nəzərə alınacaq. Eyni zamanda, siyasi kurslarla bağlı sorğular aparacağıq. Əlbəttə, seçkiqabağı bu cür sorğular seçki gününü anlamaq baxımından bizim üçün əhəmiyyətli olacaq. Təşkilatımız 25 nəfər nəzarətçisi ilə 40 ərazidə 500 seçki məntəqəsində müşahidə aparacaq. Hər üç saatdan bir daxili hesabat aparacaq və nəticələri ictimaiyyətlə bölüşəcəyik", - deyə o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR