Almaniya hökuməti uzun danışıqlardan sonra İsrailin tank mərmiləri tələbini dolayı yolla qəbul edib.
Azadmedia.az xəbər verir ki, Almaniya nəşri “Der Spiegel”in təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, İsrail noyabr ayında Qəzza müharibəsində istifadə etdiyi sursatları yeniləmək üçün ümumilikdə 10.000 ədəd 120 millimetrlik “Rheinmetall” idarə olunan mərmisi tələb edib.
Belə ki, “Der Spiegel”in məlumatına görə, Almaniya kansleri, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi noyabr ayından bu müraciəti nəzərdən keçirir və “əsasən” qəbul edib.
Bundan başqa, “Der Spiegel” heç bir “rəsmi təsdiq”in olmadığını yazıb və İsrailin Almaniyadakı səfirliyinin qərarla bağlı sualları cavablandırmadığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.