Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla kosmosa yollanan ilk türkiyəli astronavt Alper Gezeravcı arasında canlı əlaqə yaradılıb. Bu barədə məlumat Ərdoğanın “X” hesabında paylaşılıb.
Söhbət zamanı A.Gezeravcı Türkiyə liderini kosmosda artıq fəaliyyətə başlaması ilə bağlı məlumatlandırıb. Ərdoğan isə Gezeravcıya bu missiya üçün ən uyğun namizəd olduğunu bildirib: “Bu gün Türkiyə Hava Qüvvələrinin yetirdiyi bir pilot olaraq bu tapşırıq üçün ən uyğun namizəd sən idi. Lakin bu dəfə pilot olaraq qalxdığın yüksəklikdən daha uzun məsafə qət etdin, çətin bir səfər təcrübəsi yaşadın. Sən ilk astronavtımız oldun, amma son olmayacaqsan”.