2023-cü ildə Ukraynanın hərbi xərcləri 49,14 milyard dollar təşkil edib. Azadmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.
Belə ki, məlumata görə, bu vəsaitlər hərbi və xüsusi təyinatlı texnikanın, silah-sursatın, müdafiə texnikasının, fərdi mühafizə vasitələrinin, yanacaq-sürtkü materiallarının, ərzaq məhsullarının alınmasına, eləcə də hərbi qulluqçuların maliyyə təminatına və tibbi sığortaya yönəldilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.