Böyük Türk dünyasının,
İki cəngavəri var.
Rəcəb Tayyib Ərdoğan,
Bir də Komandan İlham!
Hər biri qanadıdır,
Türk isimli qartalın.
Əbədi dalğalansın,
Ay-ulduzlu bayrağım!
Dünyaya lərzə salsın,
Mehmetciyin nərəsi!
Türk rüzgarı əsdikcə,
Gülsün dağı dərəsi!
Necə gözəllik gəlib,
Firavan ömrümüzə.
Nəhayət ki,yetişdik,
Bu günki günümüzə!
Türk elləri birləşib,
Dünyaya lərzə salıb.
Alınmış torpaqları,
Yağıdan geri alıb!
Yaşasın türk əsgəri!
Yaşasın baş komandan!
Sizə alqışlar olsun,
Rəcəb Tayyib Ərdoğan!
Fərid Mahmudoğlu,23.01.2024-cü il,Bakı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.