Qlobal Media Group MMC-nin media direktoru işdən çıxarılıb.
Holdinqin media direktoru Həmid Həmidov tutduğu vəzifədən azad edilib.
H.Həmidov 2018-ci ildə “Global Media Group”un yaratdığı “Media.az” informasiya portalının baş redaktoru vəzifəsinə təyin edilib. Bir il sonra bu holdinqin media direktoru olub.
O, 2020-ci il iyulun 22-də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə mükafatlandırılıb.
Qeyd edək ki, “Qlobal Media Group” MMC-nin Direktorlar Şurasının sədri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin sabiq baş direktoru Elnur Abdullayevdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.