Almaniya kansleri Olaf Şolts mümkün istefa ilə bağlı söhbətləri təkzib edib və bunu nağıl adlandırıb.
O, bu barədə “Die Zeit” nəşrinə müsahibəsində bildirib.
Siyasətçi hakim koalisiyanın və xüsusən də SPD-nin reytinqlərinin aşağı düşməsindən də danışıb. O, hadisələrin bu cür inkişafının istənilən siyasətçinin xoşuna gəlməyəcəyini qeyd edərək, bundan sonra da mütəmadi olaraq vətəndaşlarla görüşəcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.