İran İsrailin raket hücumları üçün qanuni hədəfdir. İlanın başı Tehrandır. Azadmedia.az xəbər verir ki, bu sözləri İsrailin iqtisadiyyat naziri Nir Barkat “Teleqraf” qəzetinə verdiyi müsahibədə deyib.
Belə ki, “İsrail döyüşməyə davam edə bilər və bu müharibə böyük böhran olduğu qədər, həm də əla fürsətdir. Bir milyard şekellik gündəlik xərcə baxmayaraq, İsrail müharibəni davam etdirə və Livana qarşı yeni cəbhə aça bilər”, - deyə Barkat bildirib.
Həmçinin Barkatın sözlərinə görə, bu müharibə hələ kifayət qədər aqressiv deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.