2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Masallı rayon təşkilatında gənc seçicilərlə, eləcə də rayonun Dəlləkoba kəndinin sakinləri ilə görüşlər keçirilib.
Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP İdarə Heyətinin üzvü, həmkarım Anar İsgəndərov, rayon təşkilatının sədr müavini İlkin Əzizov, təşviqat qrupunun üzvləri çıxış ediblər.
Qeyd olunub ki, son 20 il müddətində Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər tam yerinə yetirilib, xüsusilə Azərbaycan xalqının ən ağrılı problemi olan Qarabağ münaqişəsi kökündən həll edilib, torpaqlarımız erməni işğalından azad olunub. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. “İlham Əliyev sözü imzası qədər dəyərli olan Müzəffər Liderdir!”,- deyə vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.