Bu gün saat 7:45-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət etməli olan ekspres sərnişin qatarı texniki səbəbə görə qrafikdən qismən kənara çıxıb və hərəkəti saat 8:20-də bərpa olunub.
Bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.
Məlumata görə, sərnişinlər qrafikdə olan digər qatarlara yönləndirilib. Ekspres qatar istisna olmaqla digər sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.