Avstraliya və Yaponiya sualtı döyüşlərlə bağlı avtonom və robot sistemlər üzərində əməkdaşlıq edəcəklərini açıqlayıblar.
Azadmedia.az xəbər verir ki, Avstraliya və Yaponiya sualtı döyüş üçün robot və avtonom sistemlərdə strateji imkanların inkişaf etdirilməsi üçün müqavilə imzalayıblar.
Belə ki, Avstraliya Müdafiə Elm və Texnologiya Qrupu ilə Yaponiyanın Satınalma, Texnologiya və Logistika Agentliyi arasında əldə olunan razılaşmaya uyğun olaraq, iki ölkə sualtı döyüş texnologiyaları üzrə layihələrdə tədqiqat, təkmilləşdirmə, sınaq və qiymətləndirmə proseslərini birgə həyata keçirəcək.
Qeyd edək ki, Avstraliya və Yaponiya 2022-ci ildə hərbi sahədə “Xüsusi Strateji Tərəfdaşlıq” sazişi imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.